AZ

Sultan Hacıyev: WUF13 də Afrika ölkələrinin fəal iştirakı müzakirələrin uğuruna mühüm töhfə verib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 25 may, AZƏRTAC

Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyasından dərhal sonrakı dövrdə "Afrika Günü" tədbirinin keçirilməsi kifayət qədər simvolik xarakter daşıyır. Qitə ölkələrinin WUF13-də mühüm müzakirələrin uğurla nəticələnməsində oynadığı rol isə özü-özlüyündə hər şeyi izah edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransın "Gündəm 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu" mövzusundakı panel müzakirələrində söyləyib.

O bildirib ki, Azərbaycanın və digər tərəfdaşların məqsədi Afrikadakı böyük potensiala malik sahələri öz imkan və təcrübələri ilə birləşdirərək qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azertag.az

2Mənbələr