AZ

İyunda 10 gün iş olmayacaq

İyun ayında ümumilikdə 10 qeyri-iş günü olacaq.

 

Bura iki rəsmi bayram və dörd həftəsonu günləri daxildir.

 

15 iyun - Milli Qurtuluş Günü, 26 iyun - Silahlı Qüvvələr Günüdür. Qeyd olunan tarixlər müvafiq olaraq bazar ertəsi və cümə gününə təsadüf edir.

 

Bununla yanaşı, 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun isə şənbə və bazar günləridir.

 

Onu da əlavə edək ki, iyunun 13-də, 14-də, 15-də, həmçinin 26, 27 və 28-də ardıcıl olaraq qeyri-iş günləri hesab ediləcək.

 

Oxu.Az

Tarix: 25 May 2026, 12:23   
Seçilən
25
13
pravda.az

10Mənbələr