Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.
Redaktor.az xəbər verir ki, SOCAR-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.
E.Sevdimalıyev müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.
Qeyd edək ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.