AZ

Medvedevdən Paşinyana sərt xəbərdarlıq: “Ermənistan hər şeyi itirə bilər”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva ilə münasibətləri təhlükə altına atdığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Medvedev Paşinyanın Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərə ciddi zərbə vurduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin atdığı addımlar ölkə üçün ağır nəticələr doğura bilər.

“Görünür, o, bizi axmaq hesab edir. Halbuki, o, çox ciddi səhvə yol verir və ölkəsini son dərəcə təhlükəli istiqamətə aparır”, - deyə Medvedev bildirib.

O əlavə edib ki, Paşinyanın siyasəti nəticəsində Ermənistan Rusiya bazarını və Aİİ çərçivəsində illərlə formalaşmış iqtisadi əlaqələri itirə bilər. Medvedevin sözlərinə görə, bu vəziyyət Yerevanın Rusiya qazını hazırkı qiymətlərdən bir neçə dəfə baha – Avropa tarifləri ilə almaq məcburiyyəti yaratmasına səbəb ola bilər.

Rusiya rəsmisi Ermənistan baş nazirinə vətəndaşlardan belə iqtisadi yükə hazır olub-olmadıqlarını soruşmağı tövsiyə edib.

Qeyd edək ki, Ermənistan daha əvvəl KTMT-də iştirakını dondurub. Baş nazir Nikol Paşinyan 16 iyul 2025-ci ildə keçirdiyi mətbuat konfransında ölkəsinin təşkilatdan çıxmasının üzvlüyün bərpasından daha real variant olduğunu bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
1
redaktor.az

1Mənbələr