Son iki ayda Mərkəzi Bankın valyuta hərraclarında iştirak etməmişik.
"APA-Economics" xəbər verir ki, bunu PAŞA Bankın 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov deyib.
Onun sözlərinə görə, PAŞA Bank son iki ay ərzində Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında iştirak etməyib.
M.Süleymanov bildirib ki, hazırda bazarda valyuta təklifi tələbi üstələyir.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid Quliyev isə qeyd edib ki, bu vəziyyət əsasən mövsümi amillərlə bağlıdır.
Onun sözlərinə görə, bazar özünü normal və məhsuldar şəkildə tənzimləyir.
"İlin ikinci yarısında isə valyutaya tələbatın artacağını gözləyirik. Bu da ümumi makroiqtisadi dinamika ilə bağlıdır", - deyə C.Quliyev əlavə edib.