Rusiyada 9 yaşlı uşağı ÖLDÜRDÜ
Ajans.az xəbər verir ki, bu barədə E1.ru portalı məlumat yayıb. Valideynlərin sözlərinə görə, uşaq uzun müddət vərəm xəstəliyindən müalicə alıb. Onlar iddia edirlər ki, müalicə zamanı yüksək dozalı dərmanların qəbulu nəticəsində qızın qaraciyərində ciddi fəsadlar yaranıb. Məlumata görə, məktəbli 11 gün komada qalıb, lakin həyatını xilas etmək mümkün olmayıb. Hazırda valideynlər digər övladlarının da sağlamlığının bərpası üçün müalicə prosesini davam etdirirlər.