“Kəpəz” futbolçusu Dioqo Verdaska ilə ortaq məxrəcə gəlib.
Fanat.Az xəbər verir ki, Gəncə klubu portuqaliyalı futbolçunun müqaviləsinin müddətini uzadıb.
Bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Verdaska başa çatan mövsümdə Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb. O, 2024/2025 mövsümündən “Kəpəz”in formasını geyinir.