AZ

Medvedev: “Paşinyan Rusiya ilə münasibətləri kəsmək yolunu seçib – Etiraf etmək lazımdır

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri kəsmək üçün bir yol seçib və biz bunu sadəcə qəbul etməliyik”.

KONKRET.az xəbər verir ki, bunu RİA Novosti-nin sualına cavab olaraq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev daha əvvəl qeyd etmişdi ki, Paşinyan bir tərəfdən İrəvanı Aİ-yə “cəlb etməyə”, digər tərəfdən isə Avrasiya İqtisadi Birliyinə üzvlüyün üstünlüklərini qorumağa çalışaraq AİB və Avropa İttifaqının “sədrləri” arasında “ağrılı eniş” edə bilər.

“Nikol Paşinyanın Rusiya ilə münasibətləri kəsmək yolunu tutması birbaşa etiraf edilməlidir. Ona elə gəlir ki, Qərbdə müxtəlif siyasi cərəyanlar arasında tullanmaqla, ölkəmizlə münasibətləri bunun naminə qurban verməklə yalançı nüfuz qazanmaq faydalıdır”, – deyə Medvedev bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr