AZ

Özbəkistanlı alim və ədiblər Ədəbiyyat Muzeyində

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Özbəkistanın tanınmış alim və ədiblərindən ibarət heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanış olan Özbəkistanın klassik və müasir ədəbiyyatının tanınmış tədqiqatçıları – professor Bakidjan Tuxliyev, Zudiddin İsomiddinov, Gulbohor Aşurova və digərlərinə muzeyin yaranma tarixi, burada qorunan zəngin ədəbi-mədəni irs nümunələri, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşüblər.

Görüşdə ölkələrimiz arasında durmadan inkişaf edən qarşılıqlı faydalı münasibətlərdə mədəniyyət, elm və ədəbiyyatın rolu xüsusi vurğulanıb, müştərək layihələrin gerçəkləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qabil YUSİFOĞLU
XQ

 

Seçilən
21
1
xalqqazeti.az

2Mənbələr