AZ

“Özgüvən zəifləyəndə qadın geri çəkilir, “qabığı qırmaq” lazımdır” -

Qadınların bu mühitdə öz "qabıqlarını qıraraq" səsini duyurması, sadəcə bir karyera uğuru deyil, həm də daxili gücün və fərqli bir liderlik fəlsəfəsinin təzahürüdür.Məhz bu fəlsəfəni peşəkar fəaliyyətinin mərkəzinə qoyan, "ünsiyyət yetkinliyi" mövzusunda peşəkarlara yol göstərən “Executive English Coaching” (EEC) şirkətinin satış departamentinin rəhbəri Özlem Helvacıoğlu paytaxtımızın qonağı olub. Metbuat.az xəbər verir ki, təcrübəli satış mütəxəssisi və karyera kouçu olan Özlem xanım, saytımıza özəl müsahibəsində Bakının səmimiyyətindən doğan ilk təəssüratlarını bölüşdü, qadın liderliyinin görünməyən tərəflərindən və komanda idarəçiliyindəki uğur sirlərindən danışdı:Özlem xanım, Bakıya ikinci dəfə gəlməyinizə baxmayaraq, paytaxtımız haqqında təəssüratlarınız maraqlıdır. Şəhəri gəzmək imkanınız oldumu?Xoş gördük! Həqiqətən Bakıya vuruldum. Bura ilk gəlişimdir, amma şəhərin gözəlliyi məni heyran etdi. Dünən bir az gəzmək imkanımız oldu və gördüyüm mənzərələr, küçələrin təmizliyi, xüsusən də insanların səmimiyyəti məndə çox müsbət izlər buraxdı. İnsanlar o qədər mehribandır ki, insan burada özünü çox rahat və evindəki kimi hiss edir. Məncə, Bakı həqiqətən yaşanılacaq bir yerdir. Artıq bura mənim üçün hər zaman qayıtmaq istədiyim doğma bir ünvana çevrildi. Bizə göstərilən qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm.Sizin çoxşaxəli bir karyera yolunuz var. Bildiyimiz qədər sizi koçluğa aparan maraqlı bir keçid olub. Bu barədə bizə nə deyə bilərsiniz?Karyera həyatımа böyük miqyaslı bir qurum olan Eczacıbaşı bünyəsində başladım və qısa müddətdə iki dəfə yüksələrək rəhbər vəzifəsinə çatdım. Daha sonra Türkiyədə çoxmillətli komandalarla işləyərək və komanda idarəçiliyi sahəsində təcrübə qazandım.Maşın sənayesi sektorunda sıfırdan bir akademiya strukturunun qurulmasına rəhbərlik etdim və eyni zamanda fondun idarə heyətində yer aldım. Fərqli sektorlarda satış və biznesin inkişafı sahələrində geniş təcrübə əldə etmişəm. Güclü peşəkar əlaqələr şəbəkəsinə sahib olmağımla yanaşı, müxtəlif iş mədəniyyətləri ilə çalışmaq mənə strateji ünsiyyət, liderlik və münasibət idarəçiliyi sahələrində mühüm baxış qazandırdı.Hazırda isə "Executive English Coaching" şirkətində "Head of Sales & Business Development" vəzifəsində çalışır, qurumların və peşəkarların qlobal iş dünyasında daha güclü ünsiyyət qurmasına dəstək olan layihələr həyata keçirirəm.Bir qadın rəhbər kimi təcrübəli mütəxəssislərlə işləyərkən hansı çətinlikləri yaşamısınız? Bu "psixoloji qabıqları" necə qırmaq olar?Mənim üçün ən vacib prinsip insanla işləməkdir. Satışda belə, mən "satış qoxusu verən"i deyil, "insana toxunan" tərəfi seçirəm. Çünki günün sonunda iş işdə qalır, amma insan insanda qalır.Təbii ki, qadın olaraq daxili rəqabətlərlə, stereotiplərlə qarşılaşmışam. Amma mən çıxış yolunu iş-şəxsi həyat balansını qorumaqda və qadınları dəstəkləməkdə tapdım. Özgüvənin zəifləməsi qadını geri çəkir, qərarvermədə passivləşdirir. Bu "qabığı qırmaq" insanın öz dəyərini qəbul etməsi və səsinin gücünə inanması ilə başlayır. İdarəçilikdə sual vermək zəiflik deyil, inkişafın açarıdır. Mən də insanlara hazır cavablar vermək əvəzinə, düzgün suallarla onların öz daxili cavablarını tapmasına kömək edirəm.Hazırda fəaliyyət göstərdiyiniz “Executive English Coaching” peşəkarlar üçün hansı yeni imkanları vəd edir?Biz Azərbaycan bazarına iki il əvvəl daxil olduq və çox gözəl əməkdaşlıqlar qurduq. Platformamız yalnız dil öyrətmir; biz beynəlxalq iş mühiti üçün peşəkarlar hazırlayırıq. Bura "Business English"dən tutmuş, "Negotiation and Persuasion Skills" və HR, Tibb, MBA üçün ixtisaslaşmış proqramlara qədər geniş spektr daxildir. Özlem xanım, yeni nəsil iş mühitinə gəlişi ilə nələri dəyişdi? Bu sürətli rəqəmsallaşma dövrünü necə müşahidə edirsiniz?Yeni nəsil iş dünyasına əvvəlki nəsillərlə müqayisədə daha cəsarətli, daha açıq və qat-qat sürətli yanaşır. Onlar süni intellekt və rəqəmsal texnologiyalarla artıq tam inteqrasiya olunmuş haldadırlar. Bu reallıq biznesləri təkcə inkişaf etməyə deyil, həm də çox çevik bir transformasiyaya məcbur edir. Biz də şirkət olaraq bu dəyişimi anbaan izləyirik; sistemlərimizi rəqəmsallaşma, avtomatlaşdırma və robotik həllər istiqamətində davamlı yeniləyirik. Məqsədimiz sadəcə trendlərin arxasınca qaçmaq deyil, gələcəyin iş modelini bu gündən formalaşdırmaqdır.Azərbaycan bazarı ilə Türkiyə arasında mədəni yaxınlıq olsa da, iş üslublarında fərqlər var. Bu fərqlərə uyğunlaşma prosesi fəaliyyətinizə necə təsir edir?Bəli, Azərbaycan bazarında olduğumuz bu müddət ərzində müşahidə etdiyim ən xoş məqam mədəni yaxınlığımızdır. Lakin hər bazarın özünəməxsus dili, iş üslubu və qərarvermə dinamikası var. Bu fərqlər bizdən çeviklik və yüksək uyğunlaşma bacarığı tələb edir.Bizim yanaşmamızda çox önəmli bir prinsip var: əməkdaşlarımızı “daxili müştəri” kimi dəyərləndiririk. Çünki inanırıq ki, təşkilat daxilində insan kapitalı nə qədər güclü və motivasiyalı olarsa, bu, birbaşa müştəri təcrübəsinə və xarici uğurlara yansıyacaq. Daxili məmnuniyyətin yüksək olduğu yerdə uğur daha dayanıqlı və davamlı olur.Sizin koçluq fəaliyyətinizdə "sual vermə mədəniyyəti" xüsusi yer tutur. Şirkət daxilində bu mühiti necə qurursunuz?Mənim koçluq fəlsəfəmin mərkəzində insanlara hazır cavablar vermək deyil, düzgün suallar vasitəsilə onların öz həqiqətlərini kəşf etməsinə şərait yaratmaq dayanır. Mənim üçün sualın gücü hər şeydən üstündür – insan cavabı özü tapdıqda real inkişaf başlayır. Xüsusilə qadınların rəhbər mövqelərə gəlməsi kontekstində üç faktor mühümdür: cəsarət, şəffaflıq və düzgün ünsiyyət. İnsanlar sual verməkdən çəkinməməlidir; sual vermək zəiflik deyil, əksinə, öyrənməyə olan həvəsin və intellektual gücün göstəricisidir. Biz bu ruhu qorumaq üçün hibrid iş modelini tətbiq edirik. Uzaqdan işin verdiyi sərbəstliklə mütəmadi komanda görüşlərinin yaratdığı səmimiyyəti balanslaşdırırıq. Bu balans həm fərdi məhsuldarlığı artırır, həm də komanda ruhunu sarsılmaz edir.Özlem xanım, erkən yaşda yaşadığınız ata itkisi və ailə bağlarınız liderlik fəlsəfənizə necə təsir etdi?Atamı erkən yaşda itirməyim anamla olan bağımı daha da sarsılmaz etdi. O, mənim həyatımdakı ən böyük dayaq və motivasiya mənbəyidir. Şəxsi həyatımda ailəm, həyat yoldaşımla keçirdiyim zaman mənə lazım olan o daxili balansı verir. Yaşadığım acılar və təcrübələr mənə bir şeyi öyrətdi: gələcək üçün ən böyük hədəfim sadəcə uğurlu yox, "yaxşı insan" olaraq yadda qalmaqdır. Yaxşı bir ana, yaxşı bir həyat yoldaşı və ədalətli bir rəhbər kimi iz buraxmaq hər şeydən üstündür. Kimin nə etməsindən asılı olmayaraq, mən öz yolumu həmişə yaxşılıqla davam etdirməyə inanıram. Çünki sonda qalıcı olan vəzifələr deyil, insani dəyərlərdir.

Gülbəniz Hüseynli / Kredit.az

Seçilən
2
metbuat.az

1Mənbələr