Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Baltikyanı ölkələrdə rusların hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Latviya, Litva və Estoniya hakimiyyətləri rusdilli əhaliyə qarşı “repressiya və qorxu siyasəti” həyata keçirir. Rusiya XİN-in iddiasına görə, vəziyyətin diplomatik yollarla həlli istiqamətində atılan addımlar nəticə verməyib.
Qeyd olunub ki, bu səbəbdən məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət olunması nəzərdən keçirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.