Rusiyanın müdafiə naziri Andrey Belousov “Şərq” qüvvələri qrupunu yoxlayıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov “Şərq” qüvvələri qrupunun komandanlıq məntəqələrindən birində görüş keçirib və orada komandanlıq, qərargah zabitlərinin döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə hesabatlarını dinləyib", - Nazirliyin bəyanatda deyilir.
Bundan əlavə, Belousovun göstərişi ilə pilotsuz sistem qoşunlarının yeni bölmələrinin yaradılması davam edir ki, bu da qüvvələrin kəşfiyyat və atəş gücü imkanlarını artıracaq. Müdafiə Nazirliyinin rəhbəri həmçinin, yeni tipli PUA tutucularının vahid aparat və proqram təminatı sisteminə inteqrasiyasına tarpşırıq verib.
Bəxtiyar CƏFƏRLİ