AZ

“Olimpiakos” basketbol komandası 4-cü dəfə Avroliqanın qalibi olub

Bakı, 25 may, AZƏRTAC

Basketbol üzrə Avroliqanın qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın Afina şəhərində baş tutan finalda yerli “Olimpiakos” ilə İspaniyanın “Real Madrid” komandası üz-üzə gəlib. Qarşılaşma yunanların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, “Olimpiakos” tarixində dördüncü dəfə Avroliqanın qalibi olub.

Yunanıstan klubu daha əvvəl 1997, 2012 ve 2013-cü illərdə bu titulun sahibi olmuşdu.

Seçilən
24
4
azertag.az

5Mənbələr