AZ

İrandan müharibə mesajı: Hörmüz boğazını açmayacağıq, ABŞ təzminat ödəməlidir

BAKI, 25 may. TELEQRAF

“Hörmüz boğazının açılmasının tərcüməsi və mənası İranın düşmənlərin təcavüzünə, hərbi, iqtisadi və siyasi hücumlarına qarşı tərksilah edilməsi deməkdir”.

Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbərliyinə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bildirib.

“Təəssüf ki, rəsmilər və ABŞ ilə dialoq və mesaj mübadiləsində iştirak edənlər ictimaiyyətə dəqiq hesabat və ya danışıqların nəticələri barədə çox məlumat vermirlər”, - o qeyd edib.

Şəriətmədarinin sözlərinə görə, İran ABŞ-dən təzminat tələbindən, onu cəzalandırmaqdan və Hörmüz boğazını “öz ərazisi” kimi idarə etməkdən imtina etməyəcək:

“Amerikanın vədi günəş altında buz üzərində rəsm çəkmək kimidir. Düşmənin danışıqlar bəhanəsinin əksinə olaraq, durum müharibə vəziyyətindədir”.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr