AZ

Azərbaycanda çalışmış məşqçinin yeni iş yeri bəlli oldu

Rusiyalı baş məşqçi Sergey Yuranın yeni iş yeri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, 56 yaşlı çalışdırıcı Rusiyanın "SKA-Xabarovsk" komandasının baş məşqçisi təyin olunub. 

Məlumatı klubun mətbuat xidməti yayıb.

Onunla müqavilənin müddəti bir illikdir. Yuran əvvəllər - 2020-ci ilin oktyabrından 2022-ci ilin fevralına qədər də Xabarovsk klubunda çalışıb. 

Vaxtilə Azərbaycan klubu "Simurq"u çalışdırmış mütəxəssisin son iş yeri Türkiyənin "Serikspor" klubu olub. O, sözügedən komandadan ötən payız ayrılıb. 

Rusiya 1-ci Liqasında çıxış edən "SKA-Xabarovsk" 42 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

Seçilən
2
1
fanat.az

2Mənbələr