SEPAH-ın keçmiş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi bildirib ki, xarici təhdidlərin davam etməsi halında İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər.
Sitat.info Tasnim-ə istinadən xəbər verir ki, Rzayinin sözlərinə görə, “bu tendensiya davam edərsə, İranın strateji və ehtiyat tədbirlərindən biri NPT-dən mümkün çıxış ola bilər və bu, qarşı tərəf üçün ağır nəticələr doğurar”.
O qeyd edib ki, İranın Hörmüz boğazı üzərində nəzarəti üçün hüquqi və təhlükəsizlik əsasları mövcuddur.
Rzayi əlavə edib ki, ölkə hazırda həssas mərhələdən keçir: “Bir tərəfdən müdafiə qüvvələri tam hazırlıq vəziyyətindədir, digər tərəfdən isə İran rəsmiləri xalqın hüquqlarının təmin olunması üçün diplomatik danışıqları davam etdirirlər”.
Nigar,
Sitat.info