AZ

Məşhur aktrisanın evinə basqın edildi: Onu döyüb və...

Cənubi Koreyada tanınmış aktrisa Kim Qyu-ri silahlı hücumun qurbanı olub.

Publika.az xəbər verir ki, hadisə mayın 20-si axşam saatlarında baş verib. Naməlum şəxs 46 yaşlı aktrisanın evinə daxil olaraq ona və yanında olan digər qadına hücum edib. Cinayətkar qadınları döyərək onlardan pul tələb edib.

Koreya mediasının məlumatına görə, hər iki qadın müxtəlif bədən xəsarətləri və sınıqlarla xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs bir anlıq diqqətini yayındırdıqda onlar evdən qaçmağa nail olublar. Zərərçəkənlər yaxınlıqdakı köşk sahibindən kömək istəyiblər. Hadisə yerinə polis çağırılıb.

Şübhəli şəxs hadisədən üç saat sonra saxlanılıb. İstintaq zamanı məlum olub ki, hücum edən şəxsin nə aktrisa, nə də digər qadınla əvvəldən tanışlığı olub. Onun bu addımı hansı səbəbdən atdığı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Kim Qyu-rinin ən yaddaqalan obrazlarından biri 2008-ci ildə çəkilmiş "Portrait of a Beauty" filmində koreyalı rəssam Sin Yun Bok hesab olunur.

Seçilən
35
publika.az

1Mənbələr