Goranboy rayonunda sel bir sıra fəsadlara yol açıb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, intensiv yağışlar nəticəsində Gorançay və Kürəkçayda suyun səviyyəsinin artması səbəbindən rayonun Veyisli, Qazançı və Goranlı kəndlərində əkin sahələrinə sel suları daxil olub.
Yaranmış vəziyyətlə əlaqədar sel sularının kəndlərin içinə dolması və təsərrüfatlara ziyan vurmasının qarşısının alınması istiqamətində zəruri addımlar atılır.
Hazırda yağıntılı hava şəraiti davam edir.

