Emin Səttarov 2001-ci il mayın 25-də Bakı şəhərində anadan olub. 2008-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsi 10 nömrəli Sanatoriya tipli İnternat məktəbinin 1-ci sinfinə qəbul olub. 2017-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olmuşdur. 3 il mərkəzdə təhsil aldıqdan sonra 22.06.2020-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzini bitirmişdir. 2020-ci ilin iyulun 2-sində Hərbi Komissarlıqdan çağırış vərəqi gəlmişdir.
QHT.az xəbər verir ki, o, 08.07.2020-ci ildə əsgər gedir. 09.08.2020-ci ildə Ağcabədi rayonunun N saylı Hərbi hissəsində andiçmə olur. İki ay sonra Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi N saylı hərbi hissəyə aparılır.
Azərbaycan Ordusunun əsgəri olan Emin Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Vətən müharibəsi başlanan gündən 24.10.2020-ci il tarixinə kimi irəliyə getmiş, postlara daxil olaraq qəhrəmanlıq göstərmişdir. Bir neçə rayon və qəsəbənin Füzuli və Xocavənd aılnmasında döyüşmüşdür. 24.10.2020-ci il Qubadlı rayon istiqamətində gedən döyüşdə düşmənin atdığı minomyot nəticəsində qəlpə yarasından şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.