AZ

Şəfiqə Məmmədova, yoxsa Əli İsa Cabbarov?

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçiləcək. Qurum rəhbərliyi uğrunda iki namizəd – Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov mübarizə aparacaq.

“Qafqazinfo” xəbər verir ki, hazırda AKİ sədrinin səlahiyyətlərini icra edən 81 yaşlı Şəfiqə Məmmədova və qurumun katibi olan 52 yaşlı Əli İsa Cabbarovun namizədliyi sosial şəbəkələrdə və kino ictimaiyyətində geniş müzakirə olunur.

Bir sıra paylaşımlar edən jurnalistlər, kino tənqidçiləri və kinosevərlər Əli İsa Cabbarovun son illərdə AKİ-də həyata keçirilən layihələrdə aktiv rol oynadığını vurğulayırlar. Yayımlanan fikirlərdə bildirilir ki, ittifaq son illərdə müxtəlif tədbirlər, vorkşoplar, ssenari və dil kursları təşkil edib, beynəlxalq festivallarda iştirak edən kino nümayəndələrinə dəstək göstərib. 

Digər paylaşımlarda isə Şəfiqə Məmmədovanın yenidən sədr postuna namizəd olması tənqid edilir. Müəlliflər rəhbərlikdə daha gənc və yeni ideyalı şəxslərin təmsil olunmasının vacibliyini vurğulayırlar. Bildirilir ki, idarəçilik sisteminin tamamilə yenilənməsi Azərbaycan kinosunun böhrandan çıxması üçün əsas şərtdir.

Bununla belə, Şəfiqə Məmmədovanın böyük inzibati təcrübəsini və dövlət qurumları ilə münasibətlərdəki çəkisini əsas gətirib onun namizədliyini müdafiə edənlər də var.

Qeyd edək ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Sabahkı səsvermənin nəticələri kino camiəsi tərəfindən maraqla gözlənilir.

Lamiyə Məmmədova 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
2
qafqazinfo.az

3Mənbələr