AZ

5 günlük istirahət gəlir – bu tarixlərdə iş olmayacaq

Azərbaycanda çərşənbə günündən ardıcıl 5 gün iş olmayacaq. Buna səbəb Qurban bayramı ilə 28 May – Müstəqillik Gününün eyni dövrə təsadüf etməsidir.

Ucnoqta.az xəbər verir ki, mayın 27 və 28-i Qurban bayramı, mayın 28-i isə eyni zamanda Müstəqillik Günü kimi qeyd olunur. Bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar Əmək Məcəlləsinə əsasən mayın 29-u da qeyri-iş günü sayılacaq.

Beləliklə, 27, 28 və 29 may tarixlərinə əlavə olaraq, 30 və 31 mayın həftəsonuna düşməsi ilə ölkədə ümumilikdə 5 günlük istirahət yaranacaq.

Qeyri-iş günlərindən sonra ilk iş gününün iyunun 1-dən başlayacağı qeyd olunur.

Seçilən
46
8
ucnoqta.az

10Mənbələr