AZ

Qoyunlar yol hərəkəti qaydalarına əməl edir...  

Bu günlər sosial şəbəkədə maraqlı bir görüntüyə rast gəldim. Belə  ki, on beşə yaxın qoyun avtomobil yolunun piyada  zolağına yaxınlaşır və ordan təhlükəsiz keçir.

Sürücülər də qoyunları görür və onlara yol verir. Kimsə də deyir ki, vallah, bunlara qoyun demək düzgün deyil. Qoyun yolun təyin olunmamış yerindən keçən bəzi insanlardır. Heç bəzən heyvanda olan mədəniyyət bir çox insanlarda yoxdur. Mən də dəfələrlə belə hadisələrin şahidi olmuşam.

Yəni Günəşlidə avtomobil yolundan keçmək istəyən itlər maşın onlardan uzaqda olanda keçirlər. Amma gəlin onunla razılaşaq ki, əksər insanlar yolun təyin olunmamış yerində keçirlər.

Təsadüfi deyil ki, piyadaların günahı  üzündən Bakıda nə qədər yol-nəqliyyat hadisəsi baş verib. Yol polisi əməkdaşları onlara tövsiyə edir ki, yerüstü və yeraltı keçidlərdən istifadə edin , təəssüf ki, buna bir çox hərəkət iştirakçıları əhəmiyyət vermir. Nəticə isə xoşa gələn olmur və piyada vurulur.

 Necə olur ki, qoyunlar  piyada zolağından keçir, ancaq bir çox insanlar yolu hardan gəldi keçir??? Bax , bu sual piyadaları ciddi düşündürməlidir!!!

Emil FAİQOĞLU

Seçilən
14
1
adalet.az

2Mənbələr