AZ

“Assist Finance İnvestisiya Şirkəti”nin gəlir və mənfəəti yarıdan çox azalıb

“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin 2025-ci ildə xalis mənfəəti isə 57% düşərək 700 min manatdan 300 min manata enib.

Banker.az bu barədə investisiya şirkətinin illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, investisiya şirkətinin cəmi gəlirləri ötən illə müqayisədə 54% azalaraq 2 milyon 161 min manatdan 1 milyon manata düşüb.

Ötən il “Assist Finance İnvestisiya Şirkəti”nin cəmi aktivləri yüklü maliyyə aktivlərinin sıfırlanması fonunda 82.2% azalaraq 9 milyon 93 min manatdan 1 milyon 620 min manata düşüb. İnvestisiya şirkətinin cəmi kapitalı 1.5% artım nümayiş etdirərək 1 milyon 332 min manatdan 1 milyon 352 min manata çatıb.

Xatırladaq ki,  “Assist Finance Investisiya Şirkəti” ASC 15 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə malikdir.

Seçilən
31
banker.az

1Mənbələr