AZ

Murat Ünalmış ekranlara qayıdır

Türkiyəli məşhur aktyor Murat Ünalmış ekranlara geri qayıdır.

Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.

Sənətçi “Eski Masal” adlı yeni serialda baş rolda çəkiləcək. Aktyor Kapadokyada çəkiləcək ekran işində “Mirza”ya həyat verəcək. Yeni mövsümdə “Show TV”də yayımlanacaq layihənin çəkilişlərinə iyulda start veriləcək. 

Qeyd edək ki, 45 yaşlı aktyor karyerası ərzində “Şöhret”, “Kasaba”, “Yer Gök Aşk”, “İnadına Yaşamak” və “Bir Zamanlar Çukurova” kimi seriallarda rol alıb.

Aslan

Seçilən
4
hit.az

1Mənbələr