BAKI, 25 may. TELEQRAF
Portuqaliya Kubokunun qalibi sensasiyalı şəkildə müəyyənləşib.
Teleqraf xəbər verir ki, ölkənin ikinci liqa təmsilçisi "Torreense" finalda “Sportinq”i əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək tarixində böyük uğura imza atıb.
“Torrense”nin qollarını 4-cü dəqiqədə Lusyen Zohi və 113-cü dəqiqədə penaltidən Santos Tavares vurub. “Sportinq”in yeganə qoluna isə 54-cü dəqiqədə Xavyer Suares imza atıb.
Beləliklə, Portuqaliyanın ikinci divizion komandası “Torrense” ölkə kubokunu başı üzərinə qaldırmaqla yanaşı, növbəti mövsüm UEFA Avropa Liqasına birbaşa vəsiqə qazanıb.