Qızılın qiyməti ABŞ ilə İranın Hörmüz boğazını yenidən açacaq bir anlaşmaya yaxınlaşdığına dair işarələrin inflyasiya narahatlıqlarını azaltması ilə yüksəlib.
Marja xəbər verir ki, qızıl ABŞ ilə İranın Hörmüz boğazını yenidən açacaq bir anlaşmaya yaxınlaşdığına dair işarələrin inflyasiya narahatlıqlarını azaltması ilə bahalaşıb.
Külçə qızıl 1,6%-ə qədər dəyər qazanaraq unsiyası təxminən 4 580 dollara yüksəlib və ötən həftəki məhdud itkisini geri alıb.
ABŞ rəsmiləri bazar günü jurnalistlərə verdikləri açıqlamada anlaşmanın yekun mətni üzrə danışıqların davam etdiyini və hər iki tərəfin son təsdiqi verməsinin bir neçə gün çəkə biləcəyini bildiriblər. ABŞ Prezidenti Donald Tramp isə sosial media üzərindən etdiyi paylaşımda anlaşma məsələsində “tələsməyəcəyini” ifadə edib.
Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Tehran ilə Vaşinqtonun sülh danışıqlarını davam etdirdiyini bildirərək, Hörmüz boğazı ilə bağlı qarşıdakı saatlarda “bəzi yaxşı xəbərlərin” gələ biləcəyini söyləmişdi.
Sidney mərkəzli Global X ETF-lərində analitik kimi çalışan Castin Lin qızılın xəbər axınına verdiyi reaksiyanın hələ də “nisbətən məhdud” olduğunu bildirib. Lin deyib: “Bazarlar daha əvvəl Trampdan gələn bir çox açıqlamanın nəticəsiz qaldığını gördü. Buna görə də investorlar yüksəliş hərəkətini təsdiqləmək üçün İrandan daha konkret əməkdaşlıq işarələri görmək istəyirlər”.
Bununla yanaşı, qızıl fevral ayının sonunda başlayan toqquşmalardan bəri təxminən 13% ucuzlaşmış vəziyyətdədir. İran müharibəsi səbəbindən enerji qiymətlərinin kəskin yüksəlməsi investorların FED-in və digər əsas mərkəzi bankların faiz artıracağı gözləntilərini gücləndirib. Valyuta bazarları ABŞ Mərkəzi Bankının (Fed) dekabr ayına qədər faiz artırımlarına başlamasını demək olar ki, qəti şəkildə qiymətləndirir. Yüksək faiz dərəcələri isə faiz gəliri olmayan qızıl üzərində təzyiq yaradır.
Fed-in yeni sədri Kevin Uorş vəzifəsinə başlayarkən investorlar onun iqtisadiyyata dair baxışlarına ilişkin ipucları axtaracaqlar.
Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızıl 1,2% bahalaşaraq unsiya üzrə 4 562,24 dollara yüksəlib. Gümüş 3% artımla 77,79 dollara qalxarkən, platin və palladium da dəyər qazanıb. ABŞ dollarının performansını ölçən Bloomberg Dollar Spot İndeksi isə 0,3% geriləyib.