“Dənizçilər”in baş məşqçisi Adil Şükürov oyun haqda “Football-plus.az”a açıqlama verib. O, klubdakı taleyi və “Mingəçevir”lə “Qəbələ”nin qarşıdakı oyunu haqda da danışıb:
“Zəif komandaya qarşı oynamadıq. İlk 10 dəqiqədə yaxşı şanslarımız oldu. İlk qol onlara əlavə motivasiya verdi. Hissənin sonunda qol vurmaqla nəticəyə inanırdıq. Bizdə “Şahdağ Qusar”la oyundan sonra eniş hiss olundu. Hakim qərarları... 3-cü qolda da görünən follar var idi. Oyundu, belə şeylər olur. Hədəfin biraddımlığında qaldıq. 1-ci liqada hər an hər şey dəyişə bilir. “Qəbələ” büdcə olaraq fərqli komandadı. “Mingəçevir” pley-offda oynayacaqsa, deməli, planları var. Ramiz müəllimin komandasına uğurlar arzulayıram. İllərdi münasibətimiz var. Kollektivi də yaxşı tanıyıram ”.
MÜZƏFFƏR QULUZADƏ