AZ

Argentinalılar təşvişdə: Messi zədələndi

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-də "Filadelfiya" ilə ev oyununda zədələnib.

Fanat.Az xəbər verir ki, oyun 6:4 hesabı ilə "İnter Mayami"nin xeyrinə başa çatıb.

Messi bu görüşdə iki məhsuldar ötürmə edib. 

73-cü dəqiqədə xəsarət alan və oyunu davam etdirə bilməyərək yerini Mateo Silvettiyə verən Messi sol ayağını çəkə-çəkə birbaşa tunelə istiqamətlənib. "İnter Mayami" hələlik zədə və ya sağalma müddəti barədə açıqlama verməyib.

11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-də Argentina Avstriya, Əlcəzair və İordaniya ilə eyni qrupda yer alır.
 

Seçilən
27
1
fanat.az

2Mənbələr