AZ

Özgür Özelin TBMM-ya yürüş etməsi ilə bağlı araşdırma başladıldı - FOTOLAR

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahını tərk edən Özgür Özel tərəfdarları ilə birlikdə Türkiyə Böyük Millət Məclisinə yürüş edib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yürüş, Ankara Regional İnzibati Məhkəməsinin CHP qurultayının "tamamilə etibarsız" olması barədə qərarından sonra baş tutub. 

Yağış altında keçən yürüş zamanı polis barrikadaları səbəbindən gərginlik artıb və izdihamla təhlükəsizlik qüvvələri arasında dəfələrlə toqquşmalar baş verib. Parlament qarşısında çıxış edən Özel qərara qarşı reaksiya verib və mübarizəni parlamentdə və küçələrdə davam etdirəcəklərini vurğulayıb.

Hadisələr fonunda Ankara Baş Prokurorluğu Özgür Özelin Türkiyə Böyük Millət Məclisinə yürüşü zamanı baş verən hadisələrlə bağlı araşdırma başladıb. İstintaqın əsaslarının yığıncaqlar və nümayişlər haqqında qanunun pozulması, dövlət məmuruna müqavimət və qəsdən xəsarət yetirmə olduğu bildirilib.

Xatırladaq ki,  Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunun vəzifəsi bərpa olunub.

Gülayə Mecid 

Seçilən
3
1
unikal.az

2Mənbələr