AZ

Avropanın ən məhsuldar futbolçusu Harri Keyn oldu

BAKI, 25 may. TELEQRAF

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl Buts” mükafatını qazanıb.

Teleqraf xəbər verir ki, “Bavariya”nın hücumçusu 2025/2026 mövsümündə Avropanın aparıcı çempionatlarında vurduğu 36 qolla ən məhsuldar futbolçu olub və mükafata sahib çıxıb.

İngiltərə millisinin kapitanı bununla da ötən mövsüm əldə etdiyi uğuru təkrarlayıb. O, sıralamada “Mançester Siti”nin norveçli forvardı Erlinq Haaland və “Real Madrid”in fransalı ulduzu Kilian Mbappeni qabaqlayıb.

Haaland mövsümü 27 qolla ikinci, Mbappe isə 25 qolla üçüncü pillədə başa vurub.

Qeyd edək ki, “Qızıl Buts” mükafatı Avropanın ən güclü liqalarında ən çox qol vuran futbolçuya təqdim edilir.

Seçilən
20
2
teleqraf.com

3Mənbələr