AZ

Maks Dauman Premyer Liqa tarixində start heyətində meydana çıxan ən gənc futbolçu olub

"Arsenal" klubunun yarımmüdafiəçisi Maks Dauman İngiltərə Premyer Liqası tarixində start heyətində meydana çıxan ən gənc futbolçu olub.

"Far.Az" ESPN-ə istinadən xəbər verir ki, 16 yaş 144 günlüyündə olan ingiltərəli oyunçu bu rekordu turnirin XXXVIII turunda, "Kristal Pelas"a qarşı keçirilən görüşdə (2:1) gerçəkləşdirib.

O, "Everton"un sabiq futbolçusu Xose Baksterin 2008-ci ildə qeydə alınan rekordunu (16 yaş 198 gün) qırıb.

Yarımmüdafiəçi 2025/2026 mövsümündə Premyer Liqada debüt edən və qol vuran ən gənc oyunçu olmaqla yanaşı, "Arsenal"ın heyətində turnirin qalibi olan ən gənc futbolçu kimi də tarixə düşüb. O, həmçinin 15 yaş 308 günlüyündə UEFA Çempionlar Liqası tarixində meydana çıxan ən gənc oyunçu ünvanına yiyələnib.

Qeyd edək ki, Maks Dauman 2025/2026 mövsümündə çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 13 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
12
1
far.az

2Mənbələr