Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Psixoterapevt Anton Qrebenyukov bildirib ki, işdən sonra istirahət etmək insanı əvvəlki kimi enerjili hiss etdirmirsə, bu, tükənmənin əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, onun fikirləri aif.ru saytında dərc olunub.
Onun sözlərinə görə, normal halda həftəsonu və ya qısa fasilə yorğunluğu azaldır. Amma insan uzun müddət özünü həddindən artıq yükləyirsə, adi istirahət artıq kömək etmir.
Həkim qeyd edib ki, həftəsonundan sonra da halsızlıq və yorğunluq qalırsa, problemin səbəbini araşdırmaq lazımdır. Bu, həm insanın özü tərəfindən, həm də mütəxəssis dəstəyi ilə edilə bilər.
Qrebenyukov vurğulayıb ki, vəziyyət vaxtında həll olunmasa, yorğunluq daha ciddi psixoloji problemlərə, o cümlədən depressiyaya səbəb ola bilər.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.