AZ

Miqrantların sosial şəbəkə hesabları izlənəcək

Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Miqrasiya Xidməti gələn ildən etibarən sosial şəbəkələr və digər platformalarda monitorinq aparacaq xüsusi bölmə yaradacaq.

Hafta.az xəbər verir ki, yeni bölmə ölkədə qanunsuz işləyən, həmçinin vizasının müddəti bitsə də, Yaponiya ərazisini tərk etməyən şəxslər barədə məlumat toplamaqla məşğul olacaq.

Məlumata görə, bu qərar Yaponiyada yerli əmək resurslarının çatışmazlığı səbəbindən xarici işçi qüvvəsindən istifadənin artması fonunda qəbul edilib. Hakimiyyət orqanları xüsusilə etibarlı vizası olmayan əcnəbiləri işə götürən şəxslərlə mübarizəyə diqqət yetirəcək. Miqrasiya Xidməti onlayn mühitdə qanunsuz əmək fəaliyyəti ilə bağlı məlumatları aşkarlamaq üçün analitik alətlərdən istifadə etməyi planlaşdırır. Buraya xarici dillərdə yayımlanan iş elanları da daxildir.

Bundan əlavə, nəşr qeyd edir ki, Tokionun şimal-şərqində yerləşən İbaraki prefekturasının administrasiyası qanunsuz miqrantları işə götürən şirkətlər barədə məlumat verən şəxslər üçün mükafat proqramına başlayıb. Belə məlumatlar miqrasiya qanunvericiliyinin pozulmasının qarşısının alınmasına səbəb olarsa, məlumat verən şəxslərə 10 min yen (təxminən 63 ABŞ dolları) məbləğində mükafat veriləcək.

Yaponiya hökumətinin məlumatına əsasən, ölkədə qanuni çalışan xarici vətəndaşların sayı 2025-ci ildə 2024-cü illə müqayisədə 11.7% artaraq, oktyabr ayına olan vəziyyətə görə 2.57 milyon nəfərə çatıb./"South China Morning Post"/

Seçilən
11
hafta.az

1Mənbələr