Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Komandanının yüksək vəzifəli müşaviri briqada generalı Məhəmməd Rza Nakdi bildirib ki, İranın çəkindirmə imkanları güclənib və qarşı tərəf strategiya dəyişikliklərinə və sui-qəsd cəhdlərinə baxmayaraq öz hədəflərinə çata bilməyib.
Bizimyol.info xəbər verir ki, SEPAH Komandanının müşaviri briqada generalı Muhammed Rıza Nakdi televiziya proqramında çıxışı zamanı son dövrdə İran xalqının roluna toxunaraq, ölkənin düşmən qarşısında effektiv çəkindirmə yarada bildiyini deyib.
“Düşmən artıq bizim qarşımızda istədiyi nəticəni əldə edə bilməyəcəyini anlayıb. Çəkindirmənin digər tərəfi isə səhv edəcəyi halda geri dönüşü olmayan nəticələrlə üzləşəcəyini dərk etməsidir”, - deyə Nakdi bildirib.
O, İran tərəfinə qarşı hərbi infrastruktura yüzlərlə hücum həyata keçirildiyini, bu prosesdə ciddi itkilərin olduğunu da iddia edib.
İran silahlı qüvvələrinin bütün ssenarilərə hazır olduğunu vurğulayan Nakdi “Silahlı qüvvələrimiz və xalqımız hər cür hücuma hazırdır” deyib.
O, düşmənin əsas məqsədlərindən birinin İranın siyasi sistemini devirmək olduğunu, lakin bunun əksinə olaraq ölkə daxilində birliyi daha da gücləndirdiyini iddia edib.
Nakdi həmçinin sistem əleyhinə əməliyyatların “sistemi daha da gücləndirdiyini”, hücumların isə cəmiyyət daxilində əks təsir yaratdığını bildirib.
İranın parçalanmasının da hədəflərdən biri olduğunu deyən Nakdi sərhəd bölgələrindəki hücumlar və separatçı qrupların təşkili cəhdlərinin qarşısının alındığını vurğulayıb.
O, həmçinin Hörmüz boğazı üzərində İranın nəzarətini zəiflətmək cəhdlərinin uğursuz olduğunu, İran qüvvələrinin bölgədə keçid yollarını qoruduğunu bildirib.
Nakdi son mərhələdə qarşı tərəfin sui-qəsd cəhdlərinə yönəldiyini, bəzi yüksək səviyyəli İran rəsmilərinin hədəf alındığını, lakin bu cəhdlərin də nəticəsiz qaldığını iddia edib.
ABŞ ilə bağlı qiymətləndirmələrində isə o, Vaşinqtonun İran üzərində təsirini artırmaq planlarında uğursuz olduğunu, bu prosesdə xalqın müqavimətinin həlledici rol oynadığını deyib.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.