AZ

Süfrələrin əvəzolunmaz ləzzəti: Ev şəraitində sac qovurması necə hazırlanır?

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ət yeməkləri arasında özünəməxsus dadı ilə seçilən və xüsusilə bayram süfrələrinin əvəzolunmaz ləzzəti hesab edilən sac qovurmasını ev şəraitində tam ölçüdə, içi yumşaq və sulu saxlamaqla hazırlamağın ən effektiv üsulu bəlli olub. Demokrat.az Türkiyənin məşhur kulinariya platformalarına istinadən xəbər verir ki, ətin öz şirəsini daxildə saxlaması və tərəvəzlərlə mükəmməl dad  təşkil etməsi üçün bişirmə prosesinin hər bir mərhələsinə və kulinariya sirlərinə dəqiq riayət olunması mütləqdir.Peşəkar aşpazlar bu ləzzətli təamın hazırlanması üçün ideal ət seçiminin az yağlı quzu və ya damarsız dana əti (kontrfile, tranç) olduğunu, quzu əti istifadə edildikdə öz yağı ilə daha sürətli bişdiyini, dana əti seçildikdə isə onun yumşalması üçün prosesin sonuna yaxın bir az su əlavə edilməsinin vacibliyini qeyd edirlər. Sac qovurması hazırlayarkən ən çox edilən səhvlərdən biri ətin əvvəlcədən yuyulmasıdır, lakin mütəxəssislər dad balansının pozulmaması üçün ətin qətiyyən yuyulmamasını və bişirmə zamanı əlavə su tökülmədən onun yalnız öz buraxdığı şirədə qovrulmasını tövsiyə edirlər. Yaxşı bir sac qovurması hazırlamaq üçün 1 kiloqram quşbaşı doğranmış ət, 2 yemek qaşığı bitki yağı, iri küplər şəklində doğranmış 2 ədəd baş soğan, 3 ədəd yaşıl kənd bibəri, qabığı soyulmuş və kubik formasında kəsilmiş 2 ədəd pomidor, 1 yemek qaşığı kərə yağı, həmçinin dad vermək üçün 1 qaşıq duz və 1 çay qaşığı qara istiot, pul bibər və kəklikotu tələb olunur. Hazırlanma qaydasına görə, geniş və nazik dabanlı sac tavanın içərisinə bitki yağı əlavə edilərək güclü odda qızdırılmalı və ətlər bura daxil edilərək yüksək temperaturda öz suyunu salıb yenidən çəkənə qədər davamlı şəkildə qarışdırılaraq mühürlənməlidir. Ətlər yüngülcə qızardıqdan sonra üzərinə soğanlar əlavə edilməli, ardınca bibərlər bura qatılmalı və materialların sacın dibinə yapışıb yanmaması üçün temperatur azaldılmadan ara-sıra qarışdırılmağa davam edilməlidir. Bibərlər də yumşaldıqdan sonra pomidorlar əlavə edilməli, pomidorlar tam bişdikdən sonra isə yeməyə xüsusi ləzzət qatan 1 xörək qaşığı kərə yağı və ətin sertləşməməsi üçün ən sonda duz və ədviyyatlar əlavə edilərək 2-3 dəfə qarışdırıldıqdan sonra ocağın altı söndürülməlidir.Hazır olan sac qovurmasının təqdimatını gücləndirmək üçün tavanın ortasındakı ətləri kənara çəkərək tam mərkəzə dənə-dənə tökülən kərə yağlı düyü pilovu yerləşdirmək və yanında təzə salat və buzlu ayranla bərabər isti şəkildə süfrəyə vermək mükəmməl bir ziyafət menyusu formalaşdırır.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr