AZ

Bakıda 374 min manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var

Vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mirsənan Mürsəlizadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: İstintaq və məhkəmə materiallarına görə, Mirsənan Mürsəlizadə "biznesə sərmayə" və müxtəlif işlər adı altında ümumilikdə 374 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.


O, vurduğu ziyanın bir qismini ödəyib, həmçinin zərərçəkmişlərin bir neçəsi ondan şikayətçi olmayıb.


Mirsənan Mürsəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 25 May 2026, 08:30   
Seçilən
49
pravda.az

1Mənbələr