AZ

ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi

ABŞ-la İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın yaxın olması xəbərləri dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub.

Publika.az birja məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin iyul fyuçersləri 1 barel üçün 5 dollarda çox ucuzlaşıb və 99 dollardan aşağı enib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin iyul fyuçersləri üzrə qiymət isə 92 dollardan aşağı enib. Qiymət enişi davam edir. (Musavat.com)

Seçilən
43
2
publika.az

3Mənbələr