AZ

İranın ABŞ yə münasibəti pessimist olaraq qalır

ain.az, Bizimyol saytına istinadən bildirir.

Məlumatlı mənbənin sözlərinə görə, İranın ABŞ ilə bağlı heç bir nikbinlik gözləntisi yoxdur və tərəflər arasında mesaj mübadiləsi də Vaşinqtona qarşı dərin pessimizm şəraitində aparılır.

Bizimyol.info xəbər verir ki, "Tasnim" xəbər agetliyinə danışan mənbə bildirib ki, Pakistanlı vasitəçi üzərindən həyata keçirilən bütün təmaslarda ABŞ hökumətinə etimadsızlıq əsas amil kimi nəzərə alınır.

Mənbə qeyd edib ki, indiyədək yekun razılıq əldə olunmayıb və bəzi maddələr üzrə fikir ayrılıqları davam edir. Onun sözlərinə görə, hətta ilkin razılaşma əldə olunsa belə, bu, İranın ABŞ-a münasibətinin dəyişdiyi və Vaşinqtonun öhdəliklərinə əməl edəcəyinə inanıldığı anlamına gəlmir.

“Amerikalıların danışıqlar prosesində çox zəif reputasiyası var və bu da pessimizmi daha da gücləndirir”, – deyə mənbə vurğulayıb.

O əlavə edib ki, mümkün razılaşmadan sonra da İran ABŞ-nin addımlarını diqqətlə izləyəcək. Əgər Vaşinqton öhdəliklərini pozarsa, Tehran buna qarşı istifadə edə biləcəyi təsir vasitələrini əlində saxlayacaq.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
icma.az

1Mənbələr