AZ

Bakının sirli kəndi: Əmircanın bilinməyən tarixçəsi

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Baku TV əvvəlki adı Xilə olan, zəngin tarixi və tanınmış şəxsiyyətləri ilə seçilən Bakının Əmircan kəndindən videomaterial hazırlayıb.

Azərbaycanın görkəmli şairi Tofiq Bayram və Xalq rəssamı Səttar Bəhlulzadə də Əmircan kəndində doğulublar. Onlar öz vəsiyyətlərinə uyğun olaraq kənd qəbiristanlığında dəfn ediliblər.

Kənd sakinləri Əmircanın tarixi və tanınmış simaları barədə təəssüratlarını bölüşüblər:

"Səttar Bəhlulzadə ilə Tofiq Bayram yaxın dost olublar. Hər ikisi bir kənddən idi. Məclislərdə daim birlikdə iştirak edirdilər. Əmircana gələn qonaqlar və ziyalılar üçün Tofiq Bayram həmişə Xilə qutabı hazırlatdırıb qonaqlıq verirdi. Şəmsi Əsədullayev isə Azərbaycanın məşhur milyonçularından olub və Xilə kəndində anadan olub. Bura əvvəllər Xilə adlanırdı, sonradan - XIV əsrdə kəndə Əmircan adı verildi", - deyə sakinlər bildiriblər.

Kənd sakinləri "Əmircan" sözünün mənasını da izah ediblər:

"Əmir Fəxrəddin adlı şəxs olub. Şirvanşahlar dövründə Şirvan şahı onu Həcc ziyarətinə gedənlərin əmiri təyin edib. O, seyid nəslindən olan görkəmli şəxsiyyət idi. Camaat arasında böyük hörmət qazanmışdı. Vəfatından sonra onun adını əbədiləşdirmək üçün kəndə Əmircan adı verilib", - deyə sakinlər qeyd ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
1
baku.ws

2Mənbələr