AZ

Şükürbəyli sakini: "Yurdumuza qayıtmağın xoşbəxtliyi ayrıdır"

"30 yaşında köçkün düşdüm, indi 70 yaşında doğma kəndimə qayıdıram".

Moderator.az xəbər verir ki, bunu Şükürbəyli sakini, keçmiş məcburi köçkün Zeynəb Quliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün sevincinin həddi-hüdudu yoxdu: "Allah Prezidentimizin, qazilərimizin canını sağ eləsin, şəhidlərimizin yeri rahat olsun. Bacımın və xalamın oğlu şəhid olub, ruhlarl şad olsun.


Bu gün onlar da sevinir. Yurdumuza, obamıza qayıtmağın xoşbəxtliyi ayrıdır".

Bu gün ən böyük arzusunun çin olduğunu deyən Xoşqədəm Abbasquliyeva Şükürbəylini tez-tez yuxularında gördüyünü etiraf edib:"Bu illər ərzində evimiz, həyətimiz, uşaqlığımız yaddan çıxmayıb, əksinə yuxularıma girib, aman verməyib. Oranı yenidən görməyin həsrəti ilə yaşamışıq.

Kəndə qayıdacağım günü çox arzulamışam. Bu gün o gündür, Allaha şükürlər olsun. 29 yaşımda çıxdığım yurduma qayıdıb qalan ömrümü orada yaşayacam".

Qeyd edək ki, bu gün Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Şükürbəyli kəndinə 535 nəfərdən ibarət 119 ailə köçürülüb.

Seçilən
38
1
moderator.az

2Mənbələr