AZ

NYT: ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılıq əldə ediblər

Bakı, 25 may, AZƏRTAC

ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılıq əldə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, boğazda gəmiçiliyin nə vaxt tam bərpa olunacağı və neft qiymətlərinin nə zaman sabitləşəcəyi hələ məlum deyil. Həmçinin qeyd olunur ki, mümkün razılaşma çərçivəsində İranın su yoluna nəzarəti hansı formada həyata keçirəcəyi də dəqiqləşdirilməyib.

Bundan əvvəl” Fox News” İranın çərçivə sazişinə prinsipcə razılıq verdiyini və sənəd üzrə danışıqların 95 faizinin tamamlandığını bildirmişdi.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp yekun razılaşmanın əldə olunması üçün tərəflərə daha beş-yeddi gün vaxt verməyi planlaşdırır.

Seçilən
64
3
azertag.az

6Mənbələr