AZ

Braziliyada avtobusla yük maşını toqquşub, azı 8 nəfər ölüb

Bakı, 25 may, AZƏRTAC

Braziliyanın Minas-Jerays ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.

Məlumata görə, qəza Santa Kruz de Salinas bələdiyyəsi ərazisində federal magistral yolda baş verib. Güclü toqquşmadan sonra avtobus aşıb, hər iki nəqliyyat vasitəsində yanğın baş verib.

Regional yanğınsöndürmə xidməti bildirib ki, həlak olanların hamısı, o cümlədən bir körpə sərnişin avtobusunda olub. Yük maşınındakı şəxslər isə sağ qalıb.

Qəzanın səbəbi araşdırılır.

Seçilən
49
3
azertag.az

4Mənbələr