AZ

Antonelli "Formula 1"in Kanada Qran-Prisinin qalibi olub

"Mercedes" komandasının italyan pilotu Andrea Kimi Antonelli "Formula 1" üzrə dünya çempionatının beşinci mərhələsi olan Kanada Qran-Prisinin qalibi olub.

"Far.Az"un məlumatına görə, "Ferrari" komandasının britaniyalı pilotu Lüis Hamilton yarışda ikinci yeri tutub.

"Red Bull" komandasının niderlandlı pilotu Maks Verstappen isə üçüncü olub.

Antonelli bununla ardıcıl dördüncü qələbəsini qazanıb. O, həmçinin ümumi çempionat sıralamasında 131 xalla liderlik edir.

Seçilən
62
3
far.az

5Mənbələr