AZ

Antonelli Kanadada qalib oldu, Hemilton ikinci yeri tutdu

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Formula-1” üzrə 2026 mövsümünün beşinci mərhələsi olan Kanada Qran-prisində “Mercedes” pilotu Andrea Kimi Antonelli qalib gəlib.

İdman.Biz xəbər verir ki, yarış Monrealda, Jil Vilnöv adına avtodromda keçirilib. 19 yaşlı italiyalı sürücü əsas yarışı 1:28:15.758 nəticə ilə birinci başa vurub.

“Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton qalibdən 10,768 saniyə geri qalaraq ikinci olub. “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen isə 11,276 saniyə fərqlə üçüncü yeri tutub.

İlk altılıqda Şarl Lekler, İsak Hacar və Franko Kolapinto da yer alıblar. Lekler finişə dördüncü çatıb, Hacar və Kolapinto isə bir dövrə geridə qalıblar.

Qeyd edək ki, Corc Rassel yarışın gedişində güc qurğusundakı problemə görə mübarizəni dayandırıb. Bu nəticədən sonra Antonelli ardıcıl dördüncü qələbəsini qazanaraq şəxsi hesabda liderliyini möhkəmləndirib.

Beş yarışdan sonra şəxsi hesabda Antonelli birinci pillədədir. İkinci yerdə onun komanda yoldaşı Rassel, üçüncü sırada isə “Ferrari” pilotu Lekler qərarlaşıb. Konstruktorlar kubokunda “Mercedes” liderdir, “Ferrari” və “Maklaren” onu izləyir.

Növbəti “Formula-1” mərhələsi Monakoda keçiriləcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
icma.az

1Mənbələr