AZ

Argentinalı futbolçu Rusiya Kubokunu sındırdı Video

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

"Spartak Moskva"nın argentinalı yarımmüdafiəçisi Pablo Solari azarkeşlərlə dolu tribunanın qarşısında "Krasnodar" üzərində qələbəni qeyd edərkən Rusiya Kubokunu sındırıb.

Axar.az xəbər verir ki, kadrlarda oyunçunun kuboku başının üstünə qaldırdığı və bu zaman onu qırdığı görünür.

Belə ki, oyunun əsas vaxtı 1-1 hesabı ilə başa çatıb və Solari "Spartak"ın yeganə qolunu vurub. "Qırmızı-ağlar" penaltilər seriyasında "Krasnodar"ı məğlub edərək kuboku qazanıblar.

Finalı 72.978 tamaşaçı izləyib ki, bu da Rusiya turniri üçün rekord hesab edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
axar.az

1Mənbələr