AZ

Tramp müsəlman və ərəb liderlərini İsraillə “Avraam sazişləri”nə qoşulmağa çağırıb

ABŞ Prezidenti İranla müharibənin başa çatacağı təqdirdə münasibətlərin normallaşdırılmasını gündəmə gətirib...

ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə son qoyacaq mümkün razılaşma əldə olunacağı halda bir sıra müsəlman və ərəb ölkələrinin liderlərini İsraillə münasibətləri normallaşdırmağa çağırıb.

Poliqon xəbər verir ki, bu barədə Axios nəşri jurnalist Barak Ravidə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın çağırışı əsasən Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına nail olunmasına hesablanıb. Bununla belə, prosesin qarşısında ciddi siyasi maneələrin qaldığı vurğulanır.

Söhbət, İsrail ilə bir sıra ərəb dövlətləri arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan Avraam sazişləri çərçivəsinin genişləndirilməsindən gedir.

Axios-un yazdığına görə, telefon danışığında iştirak edən bəzi liderlər Trampın təklifinə təəccüb və səssizliklə reaksiya veriblər. Xüsusilə Qətər, Pakistan və Səudiyyə Ərəbistanı kimi İsraili rəsmi şəkildə tanımayan ölkələrin nümayəndələrinin ehtiyatlı mövqe sərgilədiyi bildirilir.

Mənbələr qeyd edir ki, İranla mümkün razılaşma və regional təhlükəsizlik balansındakı dəyişikliklər Yaxın Şərqdə diplomatik münasibətlərin yenidən formalaşdırılması ilə bağlı müzakirələri sürətləndirə bilər.

Poliqon.info

Seçilən
84
poliqon.info

1Mənbələr