Fransa Prezidenti Emmanuel Makron belaruslu həmkarı Aleksandr Lukaşenkoya zəng edib.
"Unikal" xəbər verir ki, Makron onu Ukraynaya qarşı müharibədə iştirak etməmək barədə xəbərdar edib.
Makron "Ukraynaya qarşı müharibədə mümkün iştirakla əlaqəli Belarus üçün riskləri" vurğulayıb.
O, həmçinin Aleksandr Lukaşenkoya Belarus və Avropa arasında münasibətləri yaxşılaşdırmaq üçün lazımi addımları atmağa çağırıb.
Söhbət Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, bu söhbət 2022-ci ildə Rusiyanın müharibəyə başlamasından bəri qeydə alınan ilk birbaşa əlaqə olub.