AZ

İmişlidə qəza: Ölən və yaralanan var

İmişli şəhərində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb.

Teleqraf-ın xəbərinəgörə, hadisə Seymur Əzizalıyev küçəsində qeydə alınıb. “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Yaralanan şəxslər İmişli Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumatlarda ölənlərdən birinin polis əməkdaşı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
40
1
teleqraf.com

2Mənbələr