AZ

Tramp İranla saziş üçün uranın ölkədən çıxarılmasını əsas şərt kimi qoyub

ABŞ Prezidenti Netanyahuyla danışıqda Tehranın nüvə proqramına dair sərt mövqe sərgiləyib...

ABŞ Prezidenti Donald Tramp İranla mümkün yekun sazişin yalnız bir şərtlə imzalanacağını bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə CBS News telekanalının jurnalisti Cennifer Ceykobs məlumat yayıb.

Məlumata görə, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ABŞ-nin İran ilə danışıqlarda əsas tələbin zənginləşdirilmiş uranın ölkə ərazisindən çıxarılması olduğunu vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton İranın nüvə proqramının tam şəkildə sökülməsində israrlıdır və bu şərt yerinə yetirilmədən heç bir yekun saziş imzalanmayacaq. Trampın sözlərinə görə, uranın İran ərazisindən çıxarılması razılaşmanın əsas komponentlərindən biri olmalıdır.

CBS müxbiri həmçinin bildirib ki, Netanyahu söhbət zamanı İsrailin istənilən təhlükəyə qarşı, o cümlədən Livan istiqamətində, hərəkət azadlığını qoruyacağını diqqətə çatdırıb. İsrail tərəfi mümkün sazişdən asılı olmayaraq təhlükəsizlik əməliyyatlarını davam etdirmək niyyətində olduğunu bildirib.

Məlumata əsasən, tərəflər İranla aparılan danışıqların gedişini və mümkün razılaşmanın regional təhlükəsizlik balansına təsirlərini də müzakirə ediblər.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr