AZ

Salahın vida anı: Klopp dövrünün son izləri VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İngiltərənin “Liverpul” futbol komandasının hücumçusu Məhəmməd Salah klubla vida matçında emosional anlar yaşayıb.

İdman.Biz xəbər verir ki, Premyer Liqanın 38-ci turunda “Brentford”la 1:1 hesablı heç-heçə başa çatan görüşdən sonra misirli futbolçu və Endi Robertson üçün xüsusi hörmət koridoru təşkil olunub. “Enfild”də azarkeşlər Salah və Robertsonla vidalaşıb, hər iki futbolçuya xüsusi dəstək göstərilib.

Salahın koridordan keçərkən Djo Qomez, Vircil van Deyk və Alisson Bekkerə xüsusi olaraq yaxınlaşıb, onları qucaqlayıb.

Bu görüntülər “Liverpul” azarkeşləri üçün əlavə məna daşıyıb. Salah, Robertson, Van Deyk, Alisson və Qomez Yurgen Kloppun dövründə klubun əsas uğurlarında böyük rol oynayan futbolçular sırasında yer alıblar.

Salah “Brentford”la oyunda da komandasına fayda verib. Misirli futbolçu Körtis Consun qoluna məhsuldar ötürmə verib. Bununla belə, Kevin Şadenin (“Brentford”) qolu “Liverpul”un qələbə ilə vidalaşmasına imkan verməyib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
icma.az

1Mənbələr